Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar
Xocalı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş
(24 fevral 1996-cı il)
Prezident sarayı, 24 fevral 1996-cı il
Azərbaycan Respublikası Prezidenti
Heydər Əliyevin giriş sözü
Biz bu günlər Xocalı faciəsinin dördüncü ildönümünü qeyd edirik. Bu, xalqımızın, millətimizin tarixində
qara bir səhifədir, xalqımızın faciəsidir. Eyni zamanda, bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə,
torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının
ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini
qurban veriblər. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Onların şəhidliyi gələcək nəsillərimiz üçün
qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibədən, Azərbaycana Ermənistan tərəfindən hərbi
təcavüzün başlanmasından artıq səkkiz il keçir. Səkkiz il ərzində bu təcavüz davam edib və xalqımız öz
torpaqlarını, vətənini müdafiə etmək üçün vuruşub, çalışıb, mübarizə aparıbdır və bu gün də torpaqlarının
keşiyindədir.
Azərbaycan xalqı bu müddətdə çox şəhidlər, qurbanlar veribdir. Xalqımızın qəhrəman, igid övladları
torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin
xüsusi yeri var. 0 da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, vətəninə
sədaqətliliyinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana
qarşı edilən soyqırımdır—vəhşiliyin görünməmiş bir təzahürüdür. Bütün bunlara görə də biz Xocalı faciəsinin
ildönümünü hər il qeyd edirik. Bildiyiniz kimi, 1994-cü ilin fevralında Xocalı faciəsinin Xocalı günü kimi
qeyd olunması barəsində xüsusi qərar qəbul olunmuşdur.
Mən söhbətə başlamamışdan əvvəl rica edirəm Xocalı torpağını qoruyarkən, müdafiə edərkən şəhid olmuş
bizim Azərbaycan övladlarının xatirəsini, torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq özlərini qurban vermiş
bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin.
(Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə şəhidlərin ruhuna fatihə
verdi).
Azərbaycan Prezidenti Heydər Əliyev sözünə davam edərək dedi: Bu gün hər bir Xocalı sakini ilə görüşmək
bizim üçün çox əziz olardı. Lakin bilirsiniz ki, bu mümkün deyil. Xocalıdan didərgin düşmüş soydaşlarımız
Azərbaycanın bir çox yerlərində məskunlaşıblar. Mən isə Xocalının bir qrup nümayəndəsi ilə burada görüşərək
hesab edirəm ki, bütün xocalılarla görüşürəm.
Mən bu görüşdən məmnun olduğumu bildirmək istəyirəm. Siz dörd ildir ki, özünüzün, qohum-əqrəbanızın,
öz yerinizin sakinlərinin başına gəlmiş bəlalara, faciələrə, itkilərə görə dərd-kədər içindəsiniz. Eyni zamanda,
bu faciə bütün Azərbaycan xalqını kədərləndirir. Biz hamımız kədər hissi keçiririk - həm Xocalıda həlak olanlar
üçün, onların xatirələrinə görə, həm də bütün Azərbaycanın verdiyi şəhidlərə görə. Bugünkü görüşümüzdə o
günləri müəyyən qədər xatırlamaq, həyatdan gedənlərə rəhmət diləmək, yaşayanlara isə kömək etmək, onların
yaşayışının daha da yaxşılaşması üçün lazımi tədbirlər görmək bizim borcumuzdur. Güman edirəm ki, bu gün
bizim buradakı görüşümüzün də, söhbətimizin də məqsədi bundan ibarətdir. Mən sizi dinləmək istəyirəm, sizin
sözlərinizi eşitmək istəyirəm. Buyurun.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
28
Xocalı rayon İcra Hakimiyyətinin başçısı
Elman Məmmədovun çıxışı
Möhtərəm Prezident, bizim üçün böyük şərəfdir, böyük hörmətdir ki, Siz işinizin belə gərgin vaxtında,
Azərbaycanın belə çətin vəziyyətində vaxt tapıb bizim əhalinin bir qrup nümayəndəsi ilə görüşürsünüz. Buna
görə bütün camaatımız adından, əhalimiz adından Sizə böyük minnətdarlığımızı bildiririk. Çox sağ olun.
Möhtərəm Prezident, bu gün Sizin görüşünüzə gələn xocalılar şəhid ailələridir, Xocalıdan olan milli
qəhrəmanların ailələridir, valideynləridir, Xocalı ziyalılarıdır. Biz bu görüşə çox böyük məsuliyyət hissi ilə
gəlmişik, eyni zamanda, böyük ümid hissi ilə gəlmişik ki, dörd il bundan əvvəl baş verən Xocalı faciəsi
haqqında öz fikirlərimizi, Sizin icazənizlə, açıqlayaq, bu günə qədər deyilməyən müəyyən mətləblər daha aydın
deyilsin və hər kəsin sözü özünə çatdırılsın.
Hörmətli Prezident, Sizin icazənizlə mən vaxtınızı bir az çox almaq istəyirəm, o mənada ki, Xocalı
faciəsinə aparan vaxt haqqında, yol haqqında geniş təsəvvür yaratmaq istəyirəm.
Xocalı faciəsinə aparan yol 1988-ci ildən yox, ondan çox əvvəllər başlamışdı. Xocalı üçüncü dəfə faciə ilə
üzləşibdir. Xocalı bir dəfə 1905-ci ildə yandırılıbdır. Lakin onun sakinləri yenə qayıdıblar Xocalıya, Xocalı
1918-ci ildə də yandırılıbdır. Biz doğma yurdumuza yenə də qayıtmışıq. Nəhayət, o vaxt respublikaya rəhbərlik
edən bacarıqsız, səriştəsiz, məsuliyyətsiz, xalqın taleyinə cinayətkar münasibət bəsləyən Azərbaycan
rəhbərliyinin günahı üzündən Xocalı üçüncü dəfə, 1992-ci ildə də faciəyə düçar oldu.
1987-ci ilin əvvəllərindən Dağlıq Qarabağda ermənilərin gizli yığıncaqları keçirilirdi, təşkilatları
yaradılırdı, vəsait toplanırdı. Bu haqda biz, bir qrup Dağlıq Qarabağ ziyalısı, onlardan burada iştirak edənlər də
var, o vaxtkı respublika rəhbərliyinə müraciət edirdik, məktublarla, müxtəlif vasitələrlə dövlət təhlükəsizliyi
orqanlarının Stepanakertdə işləyən azərbaycanlı nümayəndələri, əməkdaşları vasitəsilə məlumat verirdik. Ancaq
bizim bu müraciətlərimizə heç bir cavab vermirdilər. Nəhayət, bizə bir dəfə cavabları belə oldu ki, "Azərbaycan
çoxmillətli respublikadır, beynəlmiləl respublikadır, böyük və çoxmillətli bir ölkədə yaşayırıq, siz bu milli
münasibətləri qızışdırırsınız, fitnəkarlıqla məşğul olursunuz" və s. Bizim bu çağırışlarımıza, həyəcan təbilimizə
cavab verməyən Azərbaycan rəhbərlərinin fəaliyyətsizliyi nəticəsində 1988-ci il fevralın 12-də Əsgəranda rayon
partiya komitəsinin iclas salonunda ermənilər Dağlıq Qarabağ məsələsini ilk dəfə açıq şəkildə qaldırdılar. Orada
respublika rəhbərliyindən o vaxtkı Azərbaycan KP MK-nın ikinci katibi Konovalov və MK-nın inzibati
şöbəsinin müdiri rəhmətlik Məmməd Əsədov iştirak edirdilər. Orada ermənilər öz tələblərini irəli sürdülər və
əllərində bayraqlar, şüarlar olan ermənilər bütün binanı mühasirəyə aldılar. O görüşdə altı nəfər azərbaycanlı
iştirak edirdi. Onların bir neçəsi indi burada, bu görüşdədir.
Hörmətli Prezident, həmin gündən biz Xocalının, Dağlıq Qarabağın müdafiəsinə qalxdıq. Biz kəndimizi
əlimizdəki imkanlarla müdafiə etməyə başladıq, bu barədə respublika rəhbərliyinə məlumat verdik. Amma
respublika rəhbərliyi öz biganəliyi ucbatından heç bir tədbir görmədi. Rəhbərliyin fəaliyyətsizliyini görən
ermənilər daha da azğınlaşdılar, qızışdılar və daha kəskin tələblər irəli sürməyə başladılar. Əvvəlcə öz
tələblərini iqtisadi problemlərlə bağlayan ermənilər artıq siyasi tələblər irəli sürürdülər.
Xocalı onların yolu üstündə böyük bir maneəyə çevrilmişdi. Ona görə ki, Xocalı özünün coğrafi mövqeyi
ilə Dağlıq Qarabağda həm magistral şose yolunun, həm də dəmiryolunun üstündə yerləşirdi. Həm dəmiryolu
Xocalının içindən keçirdi, həm də hava limanı Xocalıda idi. Buna görə də ermənilər hər cəhdlə Xocalını
köçürməyə, məhv etməyə çalışırdılar.
1988-ci ildə Dağlıq Qarabağda respublika rəhbərliyinin çox böyük sevinclə qarşıladığı Volski komitəsi
yaradıldı. Bu, xüsusi idarəetmə komitəsi idi. Biz başa düşə bilmirdik ki, əgər Azərbaycan hökuməti varsa, əgər
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, Azərbaycan Nazirlər Soveti, Azərbaycan Ali Soveti varsa
və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi və ərazisidirsə, onda Dağlıq Qarabağı nəyə görə Moskvadan
gəlmiş orqan idarə etməlidir? Bax, Dağlıq Qarabağ azərbaycanlılarının, Dağlıq Qarabağın taleyinə biganəlik,
məsuliyyətsizlik məhz həmin dövrdən başlamışdır. Volski komitəsini gətirib orada oturtmaqla respublika
rəhbərliyi özünü bu məsələnin həllindən bir növ kənarlaşdırmışdı.
1988-ci il sentyabrın 18-də 10-12 min erməni Stepanakertdə nümayişlər keçirdikləri o meydandan birbaşa
Xocalının üzərinə hücum etdi. Onlar hamımıza yaxşı məlum olan bir variantla—Ermənistanda yaşayan
azərbaycanlıları kəndlərdən qovub çıxarmaq, kəndlərə kütləvi surətdə hücuma keçib azərbaycanlıları daş-qalaq
etmək, yandırıb qovmaq variantı ilə Xocalı sakinlərini oradan çıxarmaq istədilər. Xocalı sakinləri onlara çox
layiqli cavab verdilər. Ermənilərdən xeyli tələfat oldu. Onlar qaçmağa üz qoydular. Qaranlıq düşəndə hərbçilər
gəlib bizi ayırdılar, aranı kəsdilər. Görün, bunun nəticəsi bizim üçün necə oldu.
Hadisə sentyabrın 18-də baş vermişdi, sentyabrın 19-da axşam tərəfi Zori Balayan Ermənistandan olan bir
dəstə həkimlə gəlib bizim hava limanına düşdü və ermənilərin köməyinə getdi. Azərbaycan hökuməti isə bizim
köməyimizə üç gündən sonra gəldi. Sentyabrın 21-də Mİ-2 vertolyotu ilə. Həsən Həsənov, o vaxtkı daxili işlər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
29
nazirinin müavini general Kamil Məmmədov, bir də Ağdamdan ağsaqqal Zeynal Hüseynov gəldilər. Onlar bizə
elə bir köməyə gəlməmişdilər. Burada ağsaqqallar oturublar, mən yalan danışa bilmərəm. Respublikanı təmsil
edən rəhbər işçi kimi bizim hörmətli Həsən Həsənov mən özümü yetirəndə dedi ki, bəs nə üçün durmusunuz
burada, avtobuslar gətirmişik, yır-yığış edib buradan köçün, siz erməniləri qırmısınız, onlar meyidləri
basdırandan sonra gəlib sizi qıracaqlar və s. Biz onda bildik ki, o vaxtkı Azərbaycan hökuməti, Azərbaycan
rəhbərliyi Dağlıq Qarabağda yaşayan azərbaycanlıları taleyin hökmünə buraxıb. Bizə onda məlum oldu ki,
Stepanakertdə yaşayan 15 min azərbaycanlı üç gün ərzində oradan tamamilə qovulmuşdur. Lakin Azərbaycan
hökuməti buna heç bir reaksiya vermədi.
Heydər Əliyev: Nə qədər?
Elman Məmmədov: 15 min.
Heydər Əliyev: Bu hadisə nə vaxt baş verdi?
Elman Məmmədov: 1988-ci il sentyabrın 18-dən 22-dək. Ermənilərin bizə gücü çatmadığına, biz onları
layiqincə qarşılayıb qaytardığımıza görə onlar heyflərini Stepanakertdə olan azərbaycanlılardan aldılar.
Köməksiz azərbaycanlılardan.
Heydər Əliyev: Onları oradan çıxartdılar?
Elman Məmmədov: Bəli, qovub çıxartdılar.
Heydər Əliyev: Buna heç kəs mane olmadı, bunun qarşısını heç
kəs almadı?
Elman Məmmədov: Heç kim. Azərbaycan rəhbərliyindən bir nəfər bu köçün qarşısını almadı,
Azərbaycan rəhbərliyinin tabeliyi altında işləyən erməni rəhbərliyini bir nəfər də olsun çağırıb demədi ki, siz
milləti niyə qovursunuz, niyə qırırsınız, niyə yandırırsınız?
Heydər Əliyev: O vaxtlar mən eşitmişdim ki, onların evlərini də yandırmışdılar.
Elman Məmmədov: Bəli, yandırmışdılar. Azərbaycanlılar yaşayan evləri partlatmışdılar, yandırmışdılar,
orada nə qədər azərbaycanlı yaralanmışdı, nə qədər adam qaçıb Stepanakertin ətrafındakı meşələrdə
gizlənmişdi. Bir qadın ifadə vermişdi ki, uşağı ilə birlikdə altı gün meşədə ot yemişdir. Amma Azərbaycan
hökuməti buna heç bir reaksiya vermədi.
Hörmətli Prezident, demək istəyirəm ki, biz erməniləri layiqincə, cəsarətlə qaytardığımız üçün
mükafatımız nə oldu. Bir nəfər də olsun erməni həbs edilmədi. Əvəzində Xocalının səkkiz sakini həbsə alındı.
Biz, ağsaqqallar, ziyalılar respublika rəhbərliyinə - Əbdürrəhman Vəzirova və başqa rəhbərlərə müraciət etdik
ki, yaxşı, bizim günahımız nədir? Gəlmişdilər ki, bizim evlərimizi yandırıb, özümüzü öldürüb bizi yurdyuvamızdan qovsunlar. Biz bunları çağırmamışdıq və biz bunları geri qaytardıq. İndi kim ölüb, kim qalıb —
deyə bilmərəm. Bu onların öz günahıdır. Bəs biz nəyə görə həbs olunmalıyıq? O vaxtkı SSRİ Ali Soveti
Millətlər Sovetinin sədri Boris Oleynik başqaları ilə birlikdə oraya gəlmişdi. Onlar gəlib bizdə klubda yığıncaq
keçirdilər. Yoldaşlar bilirlər, mən orada çıxış edib Oleynikə sual verdim: Siz milliyyətcə ukraynalısınız, biz
Ukraynanın elə ərazilərini tanıyırıq ki, orada əhalinin 80 — 90 faizi ruslardan ibarətdir. Gəlin, o ərazini kəsib
Rusiyaya verək, siz buna razı olarsınızmı? Dedi ki, yox, mən razı olmaram. Dedim, bəs nəyə görə razı
olursunuz ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana verilsin? Biz onlardan soruşduq ki, sizin
evinizə hücum etsələr və ailənizi təhqir etsələr, siz nə iş görərsiniz? Dedi ki, əlimə nə gəlsə, mən götürüb ailəmi
müdafiə edərəm. Dedim, bax, biz də belə eləmişik. Bəs nəyə görə həbs olunmalıyıq? Hörmətli Prezident, həbs
olunan səkkiz nəfərin altı nəfəri iki aydan sonra çox böyük əziyyətlərlə azad edildi. İki nəfər — Xudayarov Abil
Adil oğlu və Məmmədov Kamil Cəlil oğlu bir il doqquz ay istintaqsız-məhkəməsiz həbsxanada saxlanıldı.
Heydər Əliyev: Onlar nəyə görə həbs olunmuşdular?
Elman Məmmədov: Demişdilər ki, evinizi niyə qorumusunuz, niyə ermənilərin qabağından
qaçmamsınız. Niyə onlara müqavimət göstərmirsiniz? Burada ya bir erməninin başı yarılıb, ya kimsə yaralanıb,
ya da kiminsə maşını əzilib, nə isə olub. Günahımız bundan ibarət idi.
Hörmətli Prezident, Azərbaycan rəhbərliyi bizə, bax, belə münasibət bəsləyirdi. Bu hadisə bizi o qədər
ümidsizləşdirmişdi ki, mən və bizim rəhbərlərdən iki nəfər — Murad Şükürov və Rafiq Mürsəlov 1988-ci il
oktyabrın 11-də Əbdürrəhman Vəzirovun qəbuluna gəldik. O bizi qəbul elədi. Bizim görüşümüz 2 saat 45
dəqiqə çəkdi.
Bu müddətdə biz ondan əsas etibarilə bir şeyi xahiş edirdik ki, Mərkəzi Komitənin birinci katibi yoldaş
Vəzirov, Ermənistandan qovulan azərbaycanlıları oradan ermənilər qovurlar, siz o azərbaycanlıların köçünükarvanını Bakıya yönəltməyin, yığmayın. O karvanı Dağlıq Qarabağa yönəltmək lazımdır. Onları oradan
ermənilər qovurlar, qoy onlar da gəlib buradakı erməni evlərinə yiyə dursunlar. O, bizə belə cavab verdi: "Siz
cinayətkarsınız, siz qan tökmüsünüz, erməniləri qırmısınız, siz təzədən istəyirsiniz ki, qan tökülsün. Mən
ermənilərə söz vermişəm ki, Dağlıq Qarabağda bir nəfər də olsun Ermənistandan gəlmiş azərbaycanlı
qalmayacaqdır". Deməli, respublikaya, Azərbaycana belə ağılda bir adam rəhbərlik edirdisə, Azərbaycan,
Azərbaycan xalqı Dağlıq Qarabağı necə saxlaya bilərdi? Xalqın nə günahı vardı? Sıravi adamların nə günahı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
30
vardı? Günah xalqa rəhbərlik edən ağılsız adamlarda idi. Bax, o vaxtlar belələri hansı yollasa gəlib Azərbaycana
rəhbərlik edirdilər.
Bu hadisələrdən sonra ermənilərin Xocalıya olan kin-küdurəti daha da artdı. Xocalının ermənilər
tərəfindən məhv olunması üçün fürsət gözlənilirdi. Lakin biz heç kimə ümid etmədən özümüz Xocalını müdafiə
edirdik və özü də layiqincə müdafiə edirdik, heç kimə də baş əymirdik. Mən məlumat üçün Sizə deyirəm, - bu
görüşdə hüquq-mühafizə orqanlarının işçiləri, rəhbərləri də iştirak edirlər, — Dağlıq Qarabağ ərazisində
ermənilər haradasa bir azərbaycanlını girov götürürdüsə, haradasa bir azərbaycanlının maşını vurulurdusa və ya
bir ziyan olurdusa, Xocalı sakinləri onun əvəzini çıxırdılar. Girovu dəyişmək üçün də xocalılar girov tuturdu,
vurulan ziyanın əvəzini də xocalılar beşqat artıq çıxırdılar və göstərirdik ki, biz baş əymirik və ölməmişik,
yaşayırıq, sizinlə də hər cür söhbət etməyə, qarşılaşmağa hazırıq. Ancaq rəhbərliyimiz rəhbərlik olsa.
Bu proseslər toqquşmalarla, döyüşlərlə davam etdi. İrili-xırdalı çox döyüşlər oldu. Çox toqquşmalar baş
verdi. Mən vaxtınızı çox almamaq üçün istəyirəm ki, 91-ci ilin hadisələrini xatırladım. Hörmətli Prezident, 91-ci
ilin mart ayında Xocalı ilk dəfə üç tərəfdən, yəni Çəpikdağından, — Ramil müəllim buradadır, o yerləri bizim
kimi çox yaxşı tanıyır, — Bozdağ deyilən yerdən və Mehdikənd tərəfdən raket atəşinə tutuldu. O vaxtlar biz
bilmirdik raket nədir, mərmi nədir. 91-ci ilin mart ayında biz səsimizi qaldırıb respublika hökumətini köməyə
çağırdıq. Lakin orada təşkilat komitəsinə Polyaniçko başçılıq edirdi, bizim çağırışlarımıza heç bir reaksiya verən
olmurdu. Gəlib camaatı sakitləşdirirdilər ki, heç bir şey olmayacaq, qorxmayın və s.
Artıq 91-ci ildə müharibə şəraiti, müharibənin başlanması dövrü idi. 1991-ci il noyabrın 1-də səhər tezdən
Habil Abışovun idarə etdiyi "UAZ" markalı maşın Əsgəranda gülləboran edildi. Maşında iki nəfər həlak oldu,
bir nəfər yaralandı. Həmin gündən Xocalının Azərbaycanla əlaqəsi kəsildi. Ümidimiz bir vertolyotlara qalmışdı,
bir də telefona. Görün, o dövrdə Azərbaycana rəhbərlik edən, səhv etmirəmsə, artıq prezident olan Ayaz
Mütəllibov nə qədər vicdansız, nə qədər məsuliyyətsiz mövqe tuturdu, xalqın taleyinə nə qədər biganə yanaşırdı
ki, 199l-ci il noyabrın 1-dən Xocalı faciəsi baş verənə qədər Xocalının yolu bağlı qaldı, Xocalı mühasirədə oldu,
Xocalı haray qaldırdı, kömək istədi. Amma Xocalıya kömək edən olmadı.
O vaxtlar respublikaya Ayaz Mütəllibovla bərabər rəhbərlik edənlər vardı. Nazirlər Sovetinin sədri vardı,
Həsən Həsənov. Ali Sovetin sədri vardı, Elmira Qafarova, müdafiə naziri vardı, daxili işlər naziri vardı, mülki
müdafiə qərargahı vardı. Bu adı çəkilənlər və onların tabeliyində olan adamlar bizə heç bir kömək
göstərmirdilər. Bizim harayımıza gələn olmurdu. Fikir verin, hörmətli Prezident, təşkilat komitəsi deyilən o
qurum öz fəaliyyətini 9I-ci ilin təxminən avqust ayında dayandırdı. Sentyabr — oktyabr aylarında orada
Azərbaycan Respublikasını rəhmətlik Zülfü Hacıyev təmsil edirdi. O, Stepanakertdə otururdu, Xocalıya gəlibgedirdi.
Ancaq biz qəflətən belə bir xəbər eşitdik ki, artıq Stepanakertdə respublika rəhbərliyindən bir nəfər də
olsun adam yoxdur, qərargahı köçürüblər Ağdama. Bu məntiq nəyi göstərirdi? Deməli, Azərbaycan hökuməti öz
razılığı ilə Dağlıq Qarabağı ermənilərə verib, Dağlıq Qarabağ da əldən çıxıb getdi. Həmin qurum gəlib öz
qərargahını Ağdamda qurdu. Biz, Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlılar təlim görmüş, sayca
bizdən çox-çox üstün olan erməni quldur dəstələri ilə və 366-cı alayın bütün canlı qüvvəsi və texnikası ilə üzüzə qaldıq. Azərbaycanın o vaxtkı rəhbərliyi Dağlıq Qarabağda yaşayan azərbaycanlıların taleyinə belə biganə
münasibət bəslədi.
1991-ci il dekabrın 15-də 110 evli Cəmilli kəndi yandırıldı. Hörmətli Prezident, adını çəkəcəyim kəndlər
Xocalının ətrafında yerləşən azərbaycanlı kəndləridir. Mən bunları ona görə deyirəm ki, Azərbaycan hökuməti
bu barədə Azərbaycan xalqına bir kəlmə də olsa məlumat çatdırmadı, sanki belə bir kənd yoxmuş və belə bir
hadisə olmayıbmış.
Dekabrın 24-nə keçən gecə 60 evli Meşəli kəndi bir gecənin içində tamamilə yandırıldı. 60 ailədən 27
nəfər şəhid oldu. Onlar səhərə qədər ratsiya ilə yalvardılar ki, bizə kömək göndərin. Əhalinin qalan hissəsi qaçıb
meşələrə dolmuşdu. Biz Ağdama məlumat verdik ki, Meşəlinin qalan camaatını meşələrdən çıxarmaq üçün
kömək göndərin. Lakin Ağdamdan bizə göndərilən vertolyot boş gəldi və dedilər ki, bizdə qüvvə yoxdur.
Deməli, o vertolyotu Ağdam göndərməmişdi, Ağdamın günahı yoxdur. Həmin vertolyotu o vaxt Ağdamda
yerləşən respublika qərargahının işçiləri göndərmişdilər. Qüvvə olmadığı barədə məlumat alan kimi biz Xocalı
batalyonunun komandiri, Azərbaycanın Milli Qəhrəmanı rəhmətlik Tofiq Hüseynovun rəhbərliyi ilə Milli
Qəhrəman Əlif Hacıyevin dəstəsindən olan döyüşçülərlə birlikdə bir qrup yığıb vertolyotla Meşəli camaatının
köməyinə göndərdik. Vertolyot Qarayazıda yerə endi, Kosalar və Qarayazı camaatı böyük qüvvə ilə köməyə
gələrək meşələrdə gizlənən Meşəli kəndinin sağ qalan əhalisini oradan çıxartdı.
Azərbaycan mətbuatı, Azərbaycan hökuməti bu barədə heç nə demədi, heç kim cəzalandırılmadı.
Əvəzində kimlərsə vəzifə aldı, kimlərinsə hərbi rütbəsi artırıldı, kimlərsə təltif olundu. Ermənilərlə sanki
razılaşdırılmışdı ki, siz bu kəndi alın, biz kimisə vəzifəyə qoyacağıq və ya kiməsə rütbə verəcəyik.
91-ci il dekabrın 28-də 350 evli Kərkicahan qəsəbəsi yandırıldı. Kərkicahan Stepanakertlə Şuşanın
arasında mühüm strateji mövqedə yerləşir. Kərkicahanı yandırmadan, almadan, dağıtmadan Şuşaya tərəf getmək
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
31
mümkün deyildi. Ermənilər Kərkicahanı məhv etdilər, yandırdılar, əhali baş götürüb qaçdı — bir hissəsi Şuşaya,
bir hissəsi dağlara, Ayaz Mütəllibov, güc nazirlikləri başda olmaqla Azərbaycan hökuməti heç bir tədbir
görmədi, buna heç bir reaksiya vermədilər.
1992-ci il yanvarın 28-də Şuşa yaxınlığında Azərbaycanın mülki vertolyotu vuruldu və o vertolyotda 40
nəfər həlak oldu. Bununla da Xocalının Azərbaycanla hava yolu ilə də əlaqəsi tamamilə kəsildi. Biz ancaq
telefonla ratsiyanın ümidinə qaldıq. Camaatımız bilir, oradan səsim gəlməyəndə, gücüm çatmayanda Bakıya
gedirdim, Ayaz Mütəllibovla görüşürdüm. Həsən Həsənovla da, müdafiə naziri ilə də, daxili işlər naziri ilə də, o
vaxtkı rəhbərliyin başqa nümayəndələri ilə də görüşürdük, haray qaldırırdıq, yalvarırdıq, xahiş edirdik ki,
əhalini, camaatı qıracaqlar, artıq növbə bizə çatıb, ətrafda azərbaycanlılar yaşayan qəsəbə və kəndləri məhv
ediblər, kömək göstərin, Əsgərandan olan yolumuzu açın. Hörmətli Prezident, bir sözləri var idi, elə bil, hamısı
bir-biri ilə razılaşmışdı: Siz narahat olmayın, arxayın olun, bizim kifayət qədər qüvvəmiz var, Əsgəranı
dağıdacağıq, yolu açacağıq, sizə köməyə gələcəyik və s. Biz onlardan bu sözlərdən başqa heç nə eşitmirdik.
1992-ci il fevralın 9-da Azərbaycanın Milli Qəhrəmanı rəhmətlik Əlif Hacıyev bir hərbi vertolyotla çörək,
hərbi sursat və yanacaq gətirib gəldi. Mən həmin vertolyotla yola düşdüm. Elə o gecə Bakıya gəldim. Fevralın
10-da səhər-səhər Müdafiə Nazirliyinə gəldim. O vaxt Müdafiə Nazirliyində belə bir oyun oynayırdılar:
nazirliyin binası qarşısında Rəhim Qazıyev, çox üzr istəyirəm, o təvərə papağı da başında gündə bir piket
düzəldirdi ki , mən müdafiə naziri olmalıyam.
Müdafiə naziri də postunu qoyub qaçıb gizlənir, tapşırırdı ki, deyin, müdafiə naziri burada yoxdur. Bütün
güc, qüvvə əlində olan müdafiə naziri, çox üzr istəyirəm, küçədən gələn bir adamın qabağından qaçırdı ki, bəs
mənə deyəcəklər, sən buradan dur, filankəs otursun.
Müdafiə Nazirliyinin qərargah rəisi Dadaş Rzayevin yanında oldum. Onda polkovnik idi, indi generalmayor rütbəsi alıb. Arif Salahov Dadaş Rzayevin yanında işləyirdi, indiki kimi yadımdadır, bəstəboy bir
adamdır. Dadaş Rzayevin kabinetində mən onlara bütün o mənzərəni, bütün vəziyyəti danışdım və xahiş elədim
ki, əməliyyat xəritəsini açın, mən o yerləri qarış-qarış tanıyıram, hər cığıra bələdəm, hər kol-kosu tanıyıram.
Hörmətli Prezident, mən üçrəngli qələmlə həmin əməliyyat xəritəsində Xocalıya gedən bütün yolları çəkib
göstərdim. Erməninin harada nə qədər qüvvəsi olduğunu oraya yazdım. O xəritə durur. Bunu ona görə bilirəm
ki, həmin xəritəyə deputat istintaq komissiyası da baxıb. Mən izahatımda göstərmişəm. Onu da gətirib baxıblar.
Ona prokurorluğun istintaq qrupu da baxıb. Görüblər ki, bu həqiqətən belədir. Dadaş Rzayev məni əmin elədi
ki, fevralın 12-14-də böyük əməliyyat hazırlayarıq, Əsgəranı darmadağın edirik, keçirik Xocalıya. Sən
arxayınca get və bizim sözümüzü camaata da çatdır, narahat olmayın.
Mən Dadaş Rzayevin yanından çıxandan sonra Həsən Həsənovun yanına gəldim. Ondan xahiş edib
dedim: Hörmətli Həsən müəllim, siz respublika Nazirlər Sovetinin sədrisiniz. Məni prezident Ayaz
Mütəllibovun yanına buraxmırlar, məni onunla telefonla birləşdirmirlər. Məni onun yanına aparın, gedib ona
sözümü deyim. Bu elə bir məqamdır ki, əhali təhlükə qarşısındadır, orada bütün camaatı qıra bilərlər. Oradan
camaatı çıxartmaq lazımdır. Mən başa düşə bilmirəm, respublikada prezidentdən sonra yəqin ki, baş nazirdir,
Ali Sovetin sədridir. Yəqin ki, onlar belə mövqe tutur, belə ardıcıllıqla gedirlər. O vaxt onun mövqeyi məndə
çox təəccüb doğurdu. Nəyə görə? Demə, respublikaya rəhbərlik edən bu adamlar bir-biri ilə küsülü imiş, bir-biri
ilə intriqa aparırlarmış. O, mənə dedi ki, "Ayaz məni heç saymır, yanına çağırmır, heç müşavirələrə də dəvət
etmir, mən onun yanına gedə bilmərəm, ona da heç bir söz deyə bilmərəm. Biz Etibarla, — o, Etibar
Məmmədovu nəzərdə tuturdu, — onun yanına getmişdik. Etibar Məmmədov ona dişinin dibindən çıxanı dedi,
söydü də, biabır elədi ki, sən beləsən, sən filan-bəsməkansan".
Dedim, Həsən müəllim, siz nə demisinizsə, demisiniz. İndi məni onunla görüşdürün. Xahiş edirəm,
telefonla zəng vurub deyin ki, Xocalının icra hakimiyyətinin başçısı sizinlə görüşmək istəyir, çox çətin,
təhlükəli vaxtdır. Həsən Həsənov dedi: Mən onunla görüşə bilmərəm. Belə olduqda ondan xahiş etdim ki, əgər
məni görüşdürmürsünüzsə, heç olmasa vertolyotlar təşkil edin, qocaları, qadınları, uşaqları, xəstələri, şikəstləri
çıxaraq, biz döyüşçülər orada qalaq, Xocalını tərk etməyək. Müharibənin qanunu var, dinc əhali oradan
çıxmalıdır, özü də biz mühasirə həlqəsindəyik.
O, telefonu götürüb daxili işlər naziri Tofiq Kərimova zəng vurdu və dedi ki, Tofiq, axı bu vertolyot
məsələsi sənə tapşırılıb, sən niyə əhalinin oradan çıxarılması üçün vertolyot təşkil eləmirsən? Telefonda Tofiq
Kərimov ona əvvəlcə dedi ki, yox, vertolyotlar uçur, camaatı çıxarır. Həsən Həsənov dedi ki, axı Xocalının icra
hakimiyyətinin başçısı mənim yanımda oturub, deyir ki, heç bir vertolyot yoxdur uçmur və əhali də oradadır,
onları çıxaran da yoxdur. Tofiq Kərimov Həsən Həsənova nə cavab verdisə, Həsən Həsənov ona, — mən bunu
qəzetdə ifadəmdə də bildirmişəm, - rusca belə bir söz dedi: "Ya udivlyayus tvoyemu olimpiyskomu terpeniyu"
(mən sənin soyuqqanlılığına məəttələm). Bilmirəm, bu nə "terpeniye" idi, nə söz idi bunların bir-biri ilə dialoqu,
nədən ibarət idi. Bax, belə deyişmələr, belə yazışmalar, bir-birinə ümid olmaq nəticəsində biz qaldıq öz
ümidimizə.
Mən Həsən Həsənovun yanından çıxandan sonra səhər tezdən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
32
Ağdama gəldim.
Heydər Əliyev: Bir dəqiqə bağışla, sən o vaxt belə bir ağır vəziyyətdə Mütəllibovun yanına düşə
bilmədin?
Elman Məmmədov: Hörmətli Prezident, heç cür düşə bilmədim.
Heydər Əliyev: Niyə? Deyirdilər ki, olmaz? Mən başa düşə bilmirəm, hər halda kiminsə belə bir
vəziyyətdə gəlib respublika rəhbərinin yanına düşə bilməməsini anlaya bilmirəm.
Elman Məmmədov: Əgər həmin respublika rəhbərinin vicdanı olsaydı, o, xəyanətkar, cinayətkar
olmasaydı, heç icra hakimiyyəti başçısının gəlməyi lazım deyildi. O bilsəydi ki, Dağlıq Qarabağdan bu ağır
vəziyyətdə kimsə gəlib, ona nəsə deyəcək, mənə elə gəlir ki, o, mütləq onu qəbul etməliydi.
Heydər Əliyev: Mütləq, mütləq.
Elman Məmmədov: Amma mən Bakıda üç gün çalışdım, onun qəbuluna düşə bilmədim. Onun
köməkçisi Gülşad Zərbəliyevə zəng vururdum, yalvarıb deyirdim ki, Gülşad müəllim, qurban olum, bir kömək
elə, mən ayrı şeyə gəlməmişəm, camaat qırılacaqdır. Qoy mən gəlim, bunu Ayaz Mütəllibova deyim. Bir azdan
Gülşad mənə cavab verdi ki, Elman müəllim, başı qarışıqdır, yanında adamlar var, nə bilim, filandır,
bəsməkandır. Bir sözlə, məni qəbul eləmədi. İndi mən fikirləşirəm, yəqin Xocalının verilməsi, satılması
hazırlanmış bir əməliyyat idi. Yəqin bunlar nə isə bilirlərmiş, ona görə də məni qəbul edib eşitməyə ehtiyac
duymurlarmış. Bəlkə də belə imiş.
Hörmətli Prezident, mən oradan ayın 12-də Ağdama gəldim, fevralın 12-nə keçən gecə 600—700 evli
Malıbəyli, Quşçular kəndləri yandırılıb viran qoyulmuşdu. Orada 30 nəfərədək adam şəhid olmuşdu. Mən
Ağdama gəlib çıxanda artıq Malıbəyli camaatı Ağdamda idi. Küçələrə tökülmüşdülər, ağlaşırdılar. Bu məclisdə
bizim hörmətli baş prokurorumuz Eldar Həsənov iştirak edir. Səbuhi Abdinov Gəncədə icra hakimiyyətinin
başçısı idi, Eldar müəllim Gəncə polis şöbəsinin rəisi idi. Eldar müəllimin müavini var idi — Ramiz
Cahangirov. Mən Gəncəyə gəldim. Fevralın 13-də səhər tezdən mən Gəncənin hərbi aeroportunda idim. Getdim
gördüm ki, Eldar Həsənov yoldaş Səbuhi Abdinovla, Ramiz Cahangirovla birlikdə həmin hərbi aeroportdadır.
Bu yoldaşların səyi nəticəsində, onların böyük köməyi ilə vertolyotlar ayrıldı. İnanın ki, bu yoldaşlar səhər saat
8-dən axşam saat 5-dək, mən axırıncı reyslə Xocalıya uçan vaxtadək aeroportdan getmədilər. Onlar öz
istədiklərinə nail oldular. Biz Xocalıya iki reys təşkil etdik və hər reysdə üç vertolyot uçurtduq. Bir dəfə bir Mİ8, iki Mİ-24, ikinci dəfə iki Mİ-24 və bir Mİ-26 vertolyotları yola saldıq. Bu vertolyot çox adam, 200-dən artıq
adam tuturdu. Əslinə qalsa, bu qədər adam tutmur, sadəcə olaraq adamlar iki mərtəbə, üç mərtəbə bir-birinin
üstündə oturmuşdular.
Bu, 92-ci il fevralın 13-də olmuşdur. Həmin gün biz 300 nəfərdən çox adamımızı oradan çıxartdıq, xilas
etdik. Onların əksəriyyəti qocalar, yaşlılar, xəstələr, qadınlar idi. Həmin gündən sonra bizim Xocalıdan
yalvarışlarımız bütün respublikaya yayılırdı. Bütün respublikaya. Biz məlumat verir, yalvarırdıq ki, Xocalı
təhlükədədir. Xocalını xilas etmək lazımdır, camaatı çıxartmaq lazımdır. Biz döyüşçülər, hamımız orada qırılsaq
da, torpağımız uğrunda axır damla qanımıza qədər vuruşacağıq. Ancaq dinc əhali bizim vuruşmağımıza
maneçilik törədir, həm də onlar günahsız qırılacaqlar, əlsiz-ayaqsız adamlardır. Azərbaycan hökuməti bizim heç
bir çağırışımıza cavab vermirdi. Mən belə bir ifadəmə görə çox üzr istəyirəm. Bir dəfə mən çox əsəbiləşmişdim.
Ağdərədəkı qərargahda VÇ telefonu var idi, dedim ki, o telefonla məni Ayaz Mütəllibovla birləşdirin, onunla
danışmaq istəyirəm. Dedilər olmaz. Mən o prezidentin ünvanına söyüş söydüm. Sonra mənə dedilər ki, səni
tutacaqlar, sən prezidenti söymüsən. Dedim ki, mən onu prezident hesab etmirəm. Prezident xalqının taleyinə
biganə qalmaz. Nə cür olurdu ki, şəhər icra hakimiyyəti başçısının, şəhər polis şöbəsi rəisinin gücü ilə sovet
ordusuna məxsus vertolyotlar uçurdula bilirdi, bəs bunu respublika rəhbərliyi edə bilməzdimi? Mən belə başa
düşürəm ki, edə bilərdi, özü də çox asanlıqla edə bilərdi. Amma eləmədilər.
Hörmətli Prezident, mən bir epizodu danışmaq istəyirəm. Bunu ona görə demək istəyirəm ki, qoy hamı
bilsin, — o vaxtkı rəhbərlik bizim taleyimizə nə qədər biganə idi. Onları Dağlıq Qarabağın Azərbaycanda
qalması, işğal olunması, verilməsi maraqlandırmırdı. Onları oturduqları kürsünü möhkəm saxlamaq, vəzifədən
getməmək maraqlandırırdı, bunun üçün hər cür alçaqlığa əl atırdılar. Sizin yadınızda olar, mən Naxçıvana
gəlmişdim. 1991-ci il sentyabrın 30-u idi Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılmışdı. Mən
bilirdim ki, həmin gün belə bir sessiya çağırılıb. Düzü, mən Naxçıvana ayrı məqsədlə getmişdim. Ancaq orada
bildim ki, bu gün sessiya çağırılıb. Mən o sessiyaya gəldim. Siz çox böyük məmnuniyyətlə, sevinclə, necə
deyim, təsirlənərək bizi qəbul etdiniz və bütün deputatlara elan etdiniz ki, Dağlıq Qarabağdan Xocalı şəhərinin
başçısı gəlib, bizim məclisimizdə iştirak edir. Siz məni dəvət etdiniz və deputatlara müraciət etdiniz.
Gündəlikdəki məsələlərə baxılmazdan əvvəl mənə çıxış etmək üçün söz verdiniz. Mən orada Dağlıq Qarabağda
vəziyyət haqqında təxminən yarım saat çıxış etdim. O vaxt Siz Naxçıvanda işləyə-işləyə Dağlıq Qarabağ
haqqında bəyanat vermişdiniz, müraciətlər qəbul etmişdiniz. Biz bunların hamısını bilirik. Siz o vaxtdan bizim
ümid yerimizsiniz.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
33
Həmin məclisdən sonra Siz məni öz otağınıza apardınız. Bir saatdan çox söhbət etdiniz, mənə məsləhətlər
verdiniz, yollar göstərdiniz, vəziyyəti izah etdiniz. Mən dərk etdim ki, həqiqətən də vəziyyət Azərbaycana
rəhbərlik edən adamların dedikləri kimi deyildir. Böyük sevinclə Xocalıya qayıtdım, gəlib camaatıma danışım
ki, mənə gedib Heydər Əliyevlə görüşmək qismət oldu. Mən onun məsləhətlərini dinlədim, Naxçıvan Ali
Məclisinin sessiyasında çıxış elədim.
Amma gəlib Xocalıda nə gördüm? Azərbaycan Stepanakertə on sistern, yəni 600 ton benzin, iki vaqon un
hədiyyə göndərib. Bu qatar Bakıdan 400 kilometr yol gəlmiş, neçə-neçə rayondan keçmişdi. Gördüm ki, bizim
adamlar dəmiryolunu söküblər, qatarı dayandırıblar. O vaxt orada Azərbaycanı təmsil edən rəhmətlik Zülfü
Hacıyev gəlib böyük acıqla dedi ki, bəs sənin adamların dəmiryolunu söküb-dağıdıblar, göstəriş ver, qoy yolu
açsınlar, bu benzin, bu un aparılsın.
Mən o kişidən incimirəm, o mənada ki, o icraçı idi, yuxarıdan nə deyilirdisə, ağına-bozuna baxmadan onu
icra edirdi. Mən ondan soruşdum ki, bu benzini kim göndərib? Dedi ki, "prezident göndərib. Bunlar da bizim
vətəndaşlardır. Erməni olanda nə olar". Dedim, ay kişi, ay yoldaş, Dağlıq Qarabağda, o cümlədən Xocalıda
yaşayan azərbaycanlılar yanacaqsız, çörəksiz, unsuz ölürlər burada, siz isə erməniyə 600 ton benzini
göndərirsiniz ki, maşınlara töküb dağlardan bizi raketlə atəşə tutsunlar?! Burada böyük mübahisəmiz oldu.
Hərbçiləri çağırdılar, iki zirehli transportyor gəldi, daha kimlər tökülmədi... Hədə-qorxu gəlib dedilər ki,
hamınızı güllələyəcəyik. Mən gördüm ki, vəziyyət həddindən artıq pisləşir, biz Azərbaycanın o vaxtkı
rəhbərliyinin ünvanına da nalayiq sözlər dedik. Düzü, o vaxt mən dedim ki, Zülfü Salehoviç, əgər Azərbaycan
bu gün bizi ermənilərin qarşısında tək qoyub bir kənara çəkilibdirsə, mən elə prezident tanımıram, buranın
prezidenti biz özümüzük. Bu sözlər Ayaz Mütəllibova olduğu kimi çatdırılmışdı.
Həmin hadisədən sonra mən dəfələrlə Bakıya çağırıldım, izahat verdim. Soruşurdular ki, sən Naxçıvana
nəyə getmişdin, kimə işləyirsən, sən kimsən, nəçisən? Bir Allah şahiddir ki, o vaxt nə Siz məni tanıyırdınız, nə
də mənim sizinlə heç bir əlaqəm yox idi. Mən bu adamları inandıra bilmədim ki, Naxçıvana nəyə getmişdim.
Guya ki, mən böyük bir cinayət törətmişdim.
Görün, Azərbaycan rəhbərliyi sonra bizə nə etdi. Üç gündən sonra Gəncədən nəqliyyat polisindən bir
nəfər mayor gəldi. İçəri girib özünü təqdim etdi ki, mən nəqliyyat polisindən gəlmişəm. Dedik ki, xoş gəlmisən,
nəyə gəlmisən? Dedi bəs, siz burada benzini və unu dağıtmısınız. Biz cinayət işi açmalıyıq. Dedim, ay yoldaş,
ay azərbaycanlı qardaş, bəs bu camaat acdır, yanacağı yoxdur. Yaxşı, bu yanacaq, bu un erməniyə gedir, bir az
da bizimkilər götürüblər, sən bunu niyə belə deyirsən? Dedi ki, yox, mənə rəhbərlikdən göstəriş veriblər ki, biz
gərək burada cinayət işi qaldıraq.
Ayaz Mütəllibov, onun əlaltıları başda olmaqla Azərbaycan rəhbərliyinin azərbaycanlıların taleyinə
göstərdiyi münasibət bax belə idi. Mən bunu faktlarla dedim ki, hamıda geniş təsəvvür yaransın. Hörmətli
Prezident, nəhayət, Xocalı faciəsi yaxınlaşırdı, döyüşlər davam edirdi. Biz ermənilərdən bir neçə əsir
tutmuşduq. Bu əsirləri dindirdik. Onlar mənə danışdılar ki, Xocalını məhv etmək üçün böyük hücum planı
hazırlanıb, biz Sumqayıt hadisəsinin ildönümünü Xocalıda qeyd edəcəyik. Onlar bunu qorxmadan mənə dedilər.
Podpolkovnik Rza Hacıyev buradadır. O həmin vaxt Xocalıda idi. Əlif Hacıyevin qardaşı da orada bizimlə
birlikdə, bir Xocalı balası kimi döyüşürdü. Bu danışıqlara o şahiddir. Buna bizim bir çox yoldaşlarımız da
şahiddirlər.
Mən telefonla məlumat verdim ki, bizdə erməni əsiri var, belə bir söz deyir, siz tədbir görün, təcili tədbir
görün, bizi məhv edəcəklər. Dedim, əgər mənə inanmırsınızsa, vertolyot göndərin, qoy ermənini vertolyotla sizə
göndərim, siz bunu dindirin, özünüz şahid olun ki, belə bir söhbət həqiqətən var. Amma heç bir reaksiya verən
olmadı.
Sizə onu da deyim ki, telefon bizdə daim işləmirdi. Çünki işıq yox idi. Dizel mühərriki ilə rabitə şöbəsinə
işıq verirdik. Yanacağımız da olmadığına görə mən rabitə şöbəsinin müdirinə tapşırmışdım ki, səhərlər bir saat,
axşamlar bir saat, uzaqbaşı saatyarım mühərriki işə salın, əlaqə yaradaq, danışaq.
Fevralın 22-si idi. Telefon zəng vurdu. Götürdüm. Zəng vuran Tamerlan Qarayev idi. Dedi ki, "mən
gəlmişəm, Ağdamdayam, hər şey yaxşı olacaq, sabah çayımızı Xocalıda içəcəyik". Burada oturan camaatın
hamısı şahiddir. Çünki heç yerdə telefon işləmirdi, heç yerdə rabitə əlaqəsi yox idi. Hamı poçtun qabağına
yığışırdı. Kim hara ilə nə danışırdısa, hamı eşidirdi. Odur ki, orada heç bir məlumatı gizlətmək mümkün deyildi.
Tamerlan Qarayev də sıravi bir adam deyildi, AIi Sovet sədrinin müavini idi. Deməli, o, Azərbaycan
rəhbərliyini təmsil edirdi. Əgər o, məsuliyyətlə belə söz deyirdisə, bizdə inam yaranırdı ki, yəqin Tamerlan
müəllim bilir ki, belə bir şey olacaqdır. Mən də camaata elan edirdim ki, özünüz eşitdiniz. Tamerlan Qarayev
mənimlə telefonla danışdı, dedi ki, səhər çayımızı Xocalıda içəcəyik. Arxayın olun, heç bir şey olmayacaqdır.
Fevralın 25-də axşam saat 8 radələrində mən evə təzəcə girmişdim. Postları yoxlayıb evə gəlmişdim ki,
bir stəkan çay içim. Bu zaman telefon zəng vurdu. Ucqar postların birindən zəng edirdilər. Bildirdilər ki, şəhərə
hər tərəfdən hərbi texnika irəliləyir. Həmin vaxt mənim birinci telefon danışığım burada iştirak edən Rza
Hacıyevlə oldu. Mən telefonu götürüb aeroportun rəisi Əlif Hacıyevə zəng vurdum. Çünki onlar ucqarda idilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
34
İstəyirdim ki, bütün qüvvələri ayağa qaldırslar. Mənə birinci cavab verən Rza oldu. Mən ona komanda yerdim
ki, bütün müdafiə qüvvələrini ayağa qaldırmaq lazımdır. Sonra bizim batalyonun komandiri Tofiq Hüseynovla
danışdım. Polis şöbəsinin rəisi yerində yox idi. Lakin onun müavini, indi bizim polis şöbəsinə rəhbərlik edən
Sadiq Mədətov orada idi. Onlara tapşırıq verdim və əlaqə yaradıb Ağdama, Şuşaya müraciət etdim, məlumat
verdim ki, hər tərəfdən hərbi texnika Xocalıya tərəf irəliləyir, siz özünüzdəki vasitələrlə onların güclü hərbi
texnikasına, hərbi vasitələrinə atəş açın, ermənilərin mövqelərini atəşə tutun.
Hörmətli Prezident, camaatımız şahiddir, nə vaxt ermənilərin bizə tərəf hücumu olurdusa, mən ratsiya ilə
Şuşadan və Ağdamdan kömək istəyirdim və 5—10 dəqiqə keçməmiş hər tərəfdən "qrad"larla, toplarla
Əsgərana, Stepanakertə atəş açırdılar və nəticədə ermənilərin hücumu baş tutmurdu, onlar səpələnir və geri
qayıdırdılar.
Həmin gün saat 8 radələrindən başlayaraq saat 11-in yarısınadək mən və Əlif Hacıyev ratsiyada qışqıraqışqıra qaldıq. Azərbaycan tərəfindən bir güllə də atılmadı. Üç saat davam edən mühasirə həlqəsi sıxıldı və saat
11-ə yaxın, 11 -də, necə deyim, kinolarda görübsünüz, hərbi texnikanın hamısından eyni zamanda atəş başlandı.
Yer-göy lərzəyə gəlirdi. Burada oturan camaatın hamısı onun şahididir. İndi o anları xatırladıqca onların tükləri
biz-biz olur. Evlər od tutub yanmağa başladı. Qadınların, uşaqların qışqırtısı, ah-naləsi ərşə çatırdı. Axırısı mən
məcbur olub ratsiya ilə Şuşaya dedim ki, atəşi düz bizim üstümüzə yönəldin, "qrad"larla bizi vurun. Bunlar artıq
şəhərə soxulurlar. Biz ölürüksə qoy onlar da ölsünlər. "Qrad" nədir, heç avtomat gülləsi də atmadılar.
Biz gecə saat 3-ə işləyənədək müdafiə olunduq. Lakin o qədər texnikanın qarşısında, o hücumun
qarşısında durmaq mümkün deyildi. Bu hücumda 366-cı alayın bütün canlı qüvvəsi və texnikası iştirak edirdi
qabaqda onlar gəlirdi. Sonralar onların öz jurnalistlərinin rusca bir məqaləsini oxumuşam. 0 yazırdı ki, irəlidə
həmin hücum dəstəsi gedirdi, bu dəstə ruslardan və onların texnikasından ibarət idi. Ermənilər ikinci sırada,
üçüncü sırada gəlirlərmiş.
O şaxta-boranda qadınlar, uşaqlar ayaqyalın, çılpaq halda Qarqar çayını keçib 15—16 kilometr məsafəni
meşə yolu ilə piyada Ağdama tərəf istiqamət aldılar. səhər işıqlaşanda biz artıq Ağdamın 1—2 kilometrliyində
idik. Köməyə gələn olmadı. Biz gecə meşədən ratsiya ilə məlumat verdik. Əlif Hacıyev dedi ki, Əsgərana tərəf
asfalt yol ilə bir az hücuma başlayın. Ermənilərin bu meşədə olan qüvvələri asfalta sarı gedəcək, bundan sonra
biz oradan sərbəst keçəcəyik. Bunu da etmədilər, Əsgəran — Naxçıvanik yolunun üstündə, Ağdamın cəmi 2—3
kilometrliyində ermənilərin çox güclü qüvvəsi ilə 15—16 kilometr meşə yolunu, keçilməz yolu qarı yara-yara
gəlmiş adamların döyüşü başlandı. Orada külli miqdarda tələfatımız oldu. Biz Xocalının özündə 70-80 adam
itirmişik. Lakin çox güclü qırğın, böyük tələfat həmin istiqamətdə oldu. Bütün bunlar gözlərimiz qarşısında çox
vəhşiliklə, çox amansızlıqla törədilirdi. Biz müdafiə olunmaq üçün kiçik dəstələrə bölündük ki, vuruşaq, dinc
əhali keçə bilsin. Elə dəstələrimiz oldu ki, vuruşa-vuruşa mühasirədə qaldı. Onların biri mən olduğum dəstə idi.
Biz iki gün meşədə qaldıq. Beş nəfərimiz yaralandı, beşimiz isə vuruşurduq. Bax, bu cür gəlib çıxdıq.
Hörmətli Prezident, biz bu müsibəti yaşayandan sonra ayın 27-də mən Ağdama gəldim, qərargahda heç
kim yox idi, qərargah üzvləri, respublika rəhbərliyindən olanlar qaçıb Ağdamdakı istehkamçı batalyonun
binasına doluşmuşdular ki, birdən xocalılar gəlib burada bizə bir şey edərlər.
Qərargah postu yiyəsiz idi. Orada hökumət telefonu vardı. Onu götürüb Prezident Aparatını istədim.
Mənə bir rus oğlan cavab verdi. Dedim, mənə prezidenti ver. Dedi, prezident yoxdur. Dedim, AIi Sovetin
sədrini ver, dedi, yoxdur. Dedim, məni Nazirlər Sovetinin sədri ilə birləşdirin. Dedi, yoxdur. Dedim, yaxşı, əgər
bu respublikanın rəhbərlərinin hamısı ölübsə, deyin biz də bilək ki, bunlar ölübdür, heç kim yoxdur.
Respublikada rəhbər yoxdur. Mənim əlim Şuşaya çatdı. Dəstəyi götürüb oradan Şuşaya zəng vurdum. Şuşa ilə
danışdım. Üzr istəyirəm, o murdar, min sifəti olan, iç üzünü məharətlə gizlədən Rəhim Qazıyev cavab verdi
mənə. Dedim ki, mən respublika rəhbərliyindən heç kimi tapa bilmədim. Mən rəsmi məlumat, telefonoqram
verirəm, qəbul elə və bütün kütləvi informasiya vasitələri ilə yay ki, belə bir müsibət baş verib, bu qədər tələfat
olub... Mən ilk məlumatı oradan vermişdim.
Xocalı faciəsi bu cür törədildi. Xocalı faciəsini kimlər törətdi, niyə törətdilər? Bu sualların cavabı artıq
hamımıza məlumdur. Xocalı faciəsi Ayaz Mütəllibov başda olmaqla o vaxt hakimiyyətdə olan qüvvələrin,
hakimiyyəti idarə etməyə fərasəti, savadı çatmayan qrupların hakimiyyətə gəlmək uğrunda davası nəticəsində o
qədər adam qurban getdi, o qədər camaatımız qırıldı, o qədər kəndlərimiz, şəhərlərimiz, qəsəbələrimiz məhv
oldu. Vəzifəyə gəlmək üçün də adam öz elini, obasını, millətini qırğına verərmi? Vəzifədə qalmaq üçün adam
torpaqlarını satarmı? Bunu insan olan kəs etməz, bunu şeytan balası edər. Qanı murdar olan adam edər, biz bunu
belə dərk edirik, belə başa düşürük.
Hörmətli Prezident, Xocalı faciəsi baş verəndən sonra deputat istintaq qrupu yaratdılar. O qrup xeyli
işləyəndən sonra Ali Sovetin iclasına bir "bədii əsər" gətirib çıxardı. Məlum olmurdu ki, bu, istintaq
materialıdır, yoxsa burada nə isə bir bədii əsər oxuyurlar, bunun əvvəli haradan başlanır, axırı harada qurtarır.
Onların hazırladıqları həmin materialda Xocalı faciəsində səkkiz nəfər günahlandırıldı. Ayaz Mütəllibovdan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
35
başlayaraq o vaxt məsuliyyət daşıyan, vəzifə daşıyan adamlar — onlar səkkiz nəfərdi. Bu gün o səkkiz nəfərdən
təkcə Fəhmin Hacıyev həbsdədir.
Heydər Əliyev: O da başqa səbəbə görə.
Elman Məmmədov: Bəli, o da başqa səbəbə görə, Xocalı faciəsinə görə yox. O vaxtlar prokurorluğun
istintaq qrupu işlədi. Allah xatirinə deyək, o qrup çox gərgin işlədi. Çox məsuliyyətlə işlədi. Onlar çox
materiallar topladılar, çox materiallar əldə etdilər. Amma Ali Sovetin Xocalı məsələsinə həsr olunmuş
iclaslarının birində də o qrupdakı nə materiallardan, nə xəritələrdən, nə məlumatdan sanki istifadə edilmirdi. Əli
Ömərov çıxırdı və həmin o bildiyini bir də təzədən oxuyurdu, gedib otururdu. Bu, Xocalı faciəsinə yox,
xocalılara yox, Azərbaycan xalqına qarşı biganəlik idi, Azərbaycan xalqının taleyinə biganəlik idi.
Hörmətli Prezident, Siz hakimiyyətə gələnə qədər Xocalı faciəsinin ildönümünü qeyd etdirmək üçün və
yaxud Xocalı şəhidlərinin ailələrindən, xocalılardan hansınasa nə isə kömək etdirmək üçün biz bilmirdik ki,
kimə müraciət edək, kimin qapısını açaq, nə deyək. Siz hakimiyyətə gələndən sonra Sizin rəhbərliyiniz,
təşəbbüs və göstərişinizlə Xocalı faciəsinin əsl qiyməti verilməyə başlayıbdır. Xocalı faciəsi haqqında həqiqət
bütün dünya ölkələrinə, bütün dünya ictimaiyyətinə çatdırılmağa başlayıbdır. Ermənilər 1915-ci ildə özlərinin
törətdikləri fitnə-fəsadı erməni qırğını adı ilə hər il aprelin 24-də qeyd edirlər. Mənə belə gəlir ki, Azərbaycan
xalqı Azərbaycan prezidentinin, Azərbaycan hökumətinin rəhbərliyi altında Xocalı faciəsini elə təbliğ etməlidir
ki, bu faciə ermənilərin iç üzünü bütün dünyaya açıb göstərsin. Çünki Xocalı faciəsi birinci faciə deyildir ki,
ermənilər bizim başımıza gətiriblər. Ermənilər 1905—1906-cı illərdə də, 1918-ci və 1920-ci illərdə də, 1948-ci
və I952-ci illərdə də və nəhayət, 1988-ci ildən bu günə qədər də bizim başımıza bu müsibətləri gətiriblər, amma
susmağı üstün tutmuşuq. İndi Siz sağ olun ki, biz Sizə böyük minnətdarlığımızı bildiririk ki, Siz bu erməni
cəlladlarının törətdikləri cinayətlərin açılmasında, dünya xalqlarına çatdırılmasında əlinizdən gələni edirsiniz.
Hörmətli Prezident, Xocalı faciəsi zamanı xeyli adamımız girov düşmüşdü. Onlar faciədən sonra bir-iki
ay ərzində azad edildilər, ancaq bu günə qədər 150-dək Xocalı vətəndaşının, — onların arasında qocalar,
qadınlar, uşaqlar, döyüşçü oğullarımız var,— taleyi bizə məlum deyildir. 1992-ci ildən bu günə qədər
Xocalıdan olan bir nəfər də girovumuz, əsirimiz azad edilməyibdir və bilmirik ki, onlar harada saxlanılır,
sağdırlar, sağ deyildirlər. Biz ümid edirik ki, Siz bu məsələyə çox diqqətlə yanaşacaqsınız.
Hörmətli Prezident, bir məsələni də qeyd etmək istəyirəm ki, Xocalı faciəsindən iki ay keçəndən sonra biz
silahı yerə qoymadıq, çəkilib mübarizədən yayınmadıq. Xocalı batalyonuna Tofiq Hüseynovun adını verdik. O,
həmin batalyonun ilk komandiri olub. Biz o batalyonu bərpa etdik. Xocalı polisini bərpa etdik. Bu gün Xocalı
polisinin şəxsi heyəti cəbhə bölgəsindədir, öz xidməti borcunu çox ləyaqətlə, çox rəşadətlə yerinə yetirir. Biz
Xocalı faciəsindən sonra həm Xocalı batalyonunda, həm də Xocalı polisində 17 şəhid vermişik. Yəni onu
demək istəyirəm ki, biz torpağımızın azadlığı uğrunda hər an döyüşməyə hazırıq. Biz Sizin əmrinizi gözləyirik,
Sizin komandanızı gözləyirik, torpaqlarımız Sizin apardığınız böyük siyasətlə, sülh yolu və ağılla azad
olunmasa, Sizin bir çağırışınızla biz xocalılar bir əsgər kimi hamımız ön sırada gedərək torpaqlarımızın azadlığı
uğrunda vuruşacağıq.
Hazırda xocalılar respublikanın 53 rayonunda məskunlaşıblar. Sağ olsunlar həmin rayonların sakinləri də,
o rayonlara rəhbərlik edən icra hakimiyyəti başçıları da. Onlar əvvəldən camaatımızın qeydinə qalıblar, hörmət
ediblər, qayğı göstəriblər — Yevlaxın icra hakimiyyətinin başçısı Rafiq Nəsibov kimi, Gəncə şəhər icra
hakimiyyətinin başçısı Rasim Daşdəmirov kimi, Naflalan rayon icra hakimiyyətinin başçısı Füzuli Sadıqov
kimi. Onların siyahısını uzatmaq olar. Sizin təyin etdiyiniz elə ləyaqətli icra hakimiyyəti başçıları var ki, onlar
bizim camaatımıza hörmət edir, qayğı göstərirlər. Bizim problemlərimiz çox olub. Qaçqının problemi həddindən
artıq çox olur. Biz problemlərimizi həll etmək üçün Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsi
ilə daim əlaqə saxlayırıq, hörmətli Yusif Hümbətovun köməyi ilə bütün problemlərimizi həll edirik. Baş nazirin
müavini İzzət Rüstəmov da bu sahədə bizə böyük kömək göstərir. İzzət Rüstəmovun özü də şəhid atasıdır. Buna
görə də o, qaçqınların dərdini daha yaxşı bilir və bizə yaxından kömək edir. Hidayət Orucova da böyük
minnətdarlığımızı bildiririk. Mehdiyev Ramiz müəllim bu işlərə ümumi rəhbərlik edir. Biz onun qayğısını
həmişə hiss edirik.
Adını çəkmədiyim çox yoldaşlar var ki, onlar da problemlərimizin həllində bizə həmişə kömək göstərirlər.
Əlbəttə, bu da öz-özünə, elə-belə olmur. Bəs bu, əvvəllər niyə olmurdu? Biz başa düşürük ki, bu, hörmətli
Prezidentimiz, elimizin-obamızın böyük ağsaqqalı, dünyanın ən müdrik, tanınmış siyasətçilərindən biri olan
möhtərəm Heydər Əliyevin rəhbərliyinin, göstərişlərinin nəticəsidir. Uşaqdan böyüyədək hamımız Sizə
minnətdarıq və ümid edirik ki, Sizin apardığınız böyük siyasət nəticəsində biz tezliklə öz torpaqlarımıza
qayıdacağıq və Xocalı torpağında böyük Heydər Əliyevin abidəsini ucaldacağıq. Bir azadlıq rəhbəri kimi,
müdrik rəhbərimiz kimi, ömürlük el ağsaqqalımız kimi. Çox sağ olun.
Heydər Əliyev: Siz çox geniş, ətraflı məlumat verdiniz. Doğrusu, mən mətbuatdan, sənədlərdən bir çox
şeyləri bilirdim, ancaq bu proseslərin şahidi kimi sizin dediyiniz sözlərin və çatdırdığınız məlumatların, o
hadisələrin təfərrüatı haqqında dediyiniz sözlərin çoxu mənim üçün yenidir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
36
Doğrudan da, Xocalı faciəsi bizim qəlbimizdə yaradır, təkcə ona görə yox ki, həmin 26 fevral günü
erməni faşistləri, vəhşilər, vəhşilərdən də vəhşilər gəlib bizim körpələri, qocaları, cavanları, qadınları, kişiləri
vəhşicəsinə qırıblar, əziblər, yandırıblar. Bu hadisənin bizim üçün faciə kimi qəbul olunmasının o biri tərəfi
ondan ibarətdir ki, o, təsadüfi baş verən şey deyil. Sizin indi danışdıqlarınızdan mən belə nəticə çıxarıram. Elə
əldə olan materiallar da belə deməyə əsas verir ki, bu, bir tərəfdən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
Ermənistanın təcavüzünün tədricən, dalbadal aparılması, onların vəhşicəsinə hərəkətlər etməsi, ikinci tərəfdən
isə bunun qarşısının alınmaması və tədbirlər görülməməsi deməkdir.
O vaxt Azərbaycan öz torpağının hakimi idi. Dağlıq Qarabağ Azərbaycanın tərkibində idi və Azərbaycan
Dağlıq Qarabağdan savayı heç bir yerdə müharibə aparmırdı. Əgər Dağlıq Qarabağda o bir neçə kəndi qoruyub
saxlamaq mümkün olmadısa, yaxud bunun iqtidarında olmadılarsa, o vaxt Azərbaycana rəhbərlik edənlər,
yaxud da ki, o işlərlə məşğul olanlar onda bəs nə ilə məşğul olurdular? Bir də qeyd edirəm, bizim özümüz
tərəfindən buraxılan günahlar, xəyanətlər erməni quldurları tərəfindən edilən vəhşilikdən heç də az vəhşilik
deyil
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
37
Naftalan şəhərində müvəqqəti məskunlaşmış
Xocalı sakini Yaqub Əliyevin çıxışı
Hörmətli Prezident, bizim Xocalı rayon icra hakimiyyətinin başçısı Elman müəllim hamısını ətraflı
danışdı. Mən Naftalanda yaşayıram. Naftalan Kurort Birliyinin "Qarabağ" sanatoriyasında müvəqqəti
məskunlaşmış Xocalı sakini Əliyev Yaqub San oğluyam.
Hörmətli Prezident, hörmətli görüş iştirakçıları! Мən Naftalan səhərinin sanatoriyalarında məskunlaşmış
390 Xocalı ailəsindən və Xocalı soyqırımından salamat qalmış 1.400 nəfərdən biri kimi Xocalı faciəsindən
danışmaq istəyirəm.
Bildiyiniz kimi, bu il fevralın 26-da Xocalı faciəsinin 4-cü ildönümü qeyd olunur. 1988-ci ildən baslamıs
qondarma Dağlıq Qarabağ problemini ortaya atan mənfur ermənilər öz istədiklərinə nail olmaq ucun Dağlıq
Qarabaği Ermənistana birləşdirmək xülyaları ilə yaşayırdılar. Bunun nəticəsində tarixdə misli görünməmiş
faciə, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı bas verib. Qısa bir vaxt ərzində erməni silahlı quldur
dəstələri şəhərin əhalisinə qəddarcasına işgəncə verməklə 485 nəfəri məhv etmiş, 421 nəfərə ağır xəsarət
yetirmişlər. Bu zaman 1.500 nəfər itkin düşmüş və girov götürülmüş, 155 uşaq valideynlərini itirmiş, 10 min
əhalisi olan şəhər tamamilə darmadağın edilib viranəyə çevrilmişdir. Мən bu amansız faciənin canlı şahidi kimi
deyə bilərəm ki, 37 nəfər qohum-əqrəbam, qardaşım həlak olmuş, itkin düşmüşdür. Xocalı faciəsi zamanı
mənfur erməni quldurlarına qarşı amansız mübarizə aparmış və son nəfəsinə qədər döyüşmüş qəhrəman
oğullarımız həlak olmuşdur.
Hörmətli Prezident, həmin vaxt bizim respublika rəhbərliyinin bacarıqsızlığı və xəyanətkarlığı nəticəsində
igid oğlanlarımızın adları qəhrəmanlar sırasında çəkilməmiş və əbədiləşdirilməmişdir. Həmin qəhrəman
oğullarımızdan birini mən misal göstərə bilərəm. Mənim həmyerlim Novruzov Əsgər Xanlar oğlu barədə demək
istəyirəm. О bizim rayonun hazırkı icra hakimiyyəti başçısı Elman Məmmədovla çiyin-çiyinə vuruşmuşdur,
fədakarlıq göstərmişdir. Elman müəllim də bunu təsdiq edə bilər.
XX əsrin ən böyük faciəsini — Xocalı soyqırımını törədən daxili düşmənlərimiz də məlumdur. Möhtərəm
Prezident, Sizdən xahişim budur ki, Xocalı soyqırımını törədən daxili düşmənlərimiz Azərbaycan xalqı
qarşısında ifşa olunaraq ciddi cəzalandırılsın. Biz xocalılar onda deyə bilərik ki, xain düşmənlərimizdən öz
qisasımızı aldıq.
Hörmətli Prezident, о vaxt respublikaya Siz rəhbərlik etsəydiniz, nə Xocalı soyqırımı baş verərdi, nə də
bizim doğma yurd-yuvamız əlimizdən gedərdi. Allah Sizi bizə çox görməsin. İnanırıq ki, Sizin rəhbərliyinizlə
biz öz torpaqlarımıza, yurd-yuvalarımıza qayıdacağıq. Biz dörd ildir Naftalan şəhərində yaşayırıq. Sizin
Naftalan şəhərinə icra hakimiyyəti başçısı təyin elədiyiniz Füzuli müəllim və onun idarəsinin bütün işçiləri biz
xocalılara yaxşı münasibət başlamış, xeyir-şərimizdə və çətin işlərimizdə bizə kömək etmişlər. Biz xocalılar
hamımız onlardan razıyıq.
Hörmətli Prezident, mən bizim xocalıların bir xahişini də Sizə yetirmək istəyirəm. Bu, bəlkə də sonrakı
işdir. Xocalı soyqırımına məruz qalanlara status verilməsini hamımız Sizdən xahiş eləyirik. Allah Sizi bizim
üstümüzdən əskik eləməsin. Allah Sizə uzun ömür versin, Sizi bir vaxt televizor ekranında görəndə, inanın,
bütün о əhali, bütün о camaat arzu eləyir ki, Heydər Əliyev bundan sonra da uzun ömür sürsün. Elə şəxslər var
ki, mən acıq demək istəyirəm, mən xalqın səbrini deyirəm, bu xalqın bizim prezidentə olan istəyini, arzusunu
deyirəm, — elə cavanlarımız var ki, deyirlər Allah-Taala bizim ömrümüzdən kəssin, Heydər babamıza, Heydər
qardaşımıza versin ki, о yaşasın, bəlkə Azərbaycan xalqını bir tərəfə çıxarsın.
Mən bir sözü də deyirəm, bununla da öz çıxışımı qurtarıram. Xocalı ki, darmadağın edildi, bizim
bəzilərimiz oldu, tutulan tutuldu, qalanı Ağdama güman gətirdi. Biz Ağdama gəldik, iyirmi nəfərə yaxın qadın
idi, bir neçə nəfər da qoca kisi. Bir nəfər gəldi mənə dedi ki, bəs ay Yaqub dayı, bizim о Qarabağ Komitəsində
işləyənlər yeyib-içirlər. Dedim, belə şey olmaz. Dedim, əgər bu körpələr qırılıbsa, bu qadınlar qarın içində,
meşədə, kolluqda qalıbsa, elə adamlar olub ki, qayalıqdan sürüşüb düşüb ölübsə, bu, necə ola bilər? Dedim,
onda belə eləyək, mən sizinlə gedirəm, gözümlə görüm ki, bu, həqiqətdir. Həqiqətən da mən getdim, qapını
açdım, gördüm ki, stolu qurublar, uzun stoldur və Tamerlan da basda oturubdur.
Heydər Əliyev: Hansı Tamerlan?
Yaqub Əliyev: Tamerlan Qarayev. Bəli, Tamerlan oturub stolun başında, ətrafında da Qarabaği
"müdafiə eləyənlər" var idi, onlar əyləşiblər. Burada bir neçə jurnalist də var idi. Amma mən gördüm ki, stolun
üstündə yemək şeyləri var. Bağışlasın burada oturanlar, orada növbənöv içkilər, yeməklər, filanlar var idi.
Deməli, bunlar yeyib-içməklə məşğul olmaq istəyirlər. Mə